Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Paşayev Samir Adişirin oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu

29 sentyabr 2026 | 15:39

29 sentyabr 2026-cı il tarixində şəhid Paşayev Samir Adişirin oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, M.Ə.Rəsulzadə qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər