Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Paşayev Samir Adışirin oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu

29 sentyabr 2025 | 15:55

29 sentyabr 2025-ci il tarixində şəhid Paşayev Samir Adışirin oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər