Şəhid Paşazadə Cavid Telman oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu
27 avqust 2026 | 11:05
27 avqust 2026-cı il tarixində şəhid Paşazadə Cavid Telman oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin məsul əməkdaşı, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









