Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Quliyev Ramin Rizvan oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu

10 oktyabr 2026 | 16:06

10 oktyabr 2026-cı il tarixində şəhid Quliyev Ramin Rizvan oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi qəsəbəs Bələdiyyəsinin sədri Bəylər Həsənov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər