Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qurbanov Davud Tarıyel oğlunun doğum günü ilə əlaqədar büstü ziyarət olundu

17 fevral 2026 | 10:58

16 fevral 2026-cı il tarixində şəhid Qurbanov Davud Tarıyel oğlunun doğum günü ilə əlaqədar Biləcəri qəsəbəsi ərazisində yerləşən büstü ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seyfəddin Dəmirli, Biləcəri Bələdiyyəsinin sədr müavini Osman Qasımov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, büstünün ətrafına tər güllər düzülüdü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər