Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qurbanov Davud Taryel oğlunun doğum günü ilə əlaqədar xatirə barelyefi ziyarət olundu

14 fevral 2025 | 15:21

14 fevral 2025-ci il tarixində şəhid Qurbanov Davud Taryel oğlunun doğum günü ilə əlaqədar xatirə barelyefi ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Fərid Cəfərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qasımov Osman və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər