Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rafiq Rahim oğlu Heydərovun anım günü ilə əlaqədar məzarı ziyarət olundu

14 oktyabr 2026 | 08:26

14 oktyabr 2026-cı il tarixində şəhid Rafiq Rahim oğlu Heydərovun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova,   Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Binəqədi bələdiyyəsinin məsul əməkdaşları iştirak etdilər.

Mərasim iştirakçıları şəhid məzarları önünə gül dəstələri düzərək, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.

Şəhid Rafiq Heydərovun valideynləri övladları ilə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər