Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ruslan Bayramov və Vüsal Məmmədovun doğum günü münasibətilə məzarları ziyarət edildi

20 iyun 2024 | 10:14

15 iyun 2024-cü il tarixində şəhid Ruslan Bayramov və Vüsal Məmmədovun doğum günü münasibətilə məzarları ziyarət edildi.

Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliyin və Binəqədi qəsəbə bələdiyyəsinin məsul əməkdaşları iştirak etdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarları üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər