Şəhid Rzaxanov Nihad Natiq oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu
18 aprel 2025-ci il tarixində şəhid Rzaxanov Nihad Natiq oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Fərdi Ağamalıyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qasımov Osman və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.