Şəhid Sadıqlı İbrahim Şahin oğlunun şəhadətinin ildönümü ilə əlaqədar 2-ci Fəxri Xiyabanda məzarı ziyarət olundu
03 oktyabr 2024-cü il tarixində şəhid Sadıqlı İbrahim Şahin oğlunun şəhadətinin ildönümü ilə əlaqədar 2-ci Fəxri Xiyabanda məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüdsar İsmayılov, millət vəkilləri- Azay Quliyev və Kəmaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.