Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sadıqlı İbrahim Şahin oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu

03 oktyabr 2025 | 09:37

03 oktyabr 2025-ci il tarixində şəhid Sadıqlı İbrahim Şahin oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər