Şəhid Sadıqov Yaşar Füzuli oğlunun anım ilə əlaqədar məzarı ziyarət olundu
27 fevral 2026-cı il tarixində şəhid Sadıqov Yaşar Füzuli oğlunun anım ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seyfəddin Dəmirli, Biləcəri Bələdiyyəsinin sədr müavini Osman Qasımov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









