Şəhid Sadıqov Yaşar Füzuli oğlunun doğum günü ilə əlaqədar ailəsi evində ziyarət olundu
27 fevral 2025 | 10:11
27 fevral 2025-ci il tarixində şəhid Sadıqov Yaşar Füzuli oğlunun doğum günü ilə əlaqədar ailəsi evində ziyarət olundu.
Şəhidimizin evini ziyarətdə ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qasımov Osman və digərləri iştirak etdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.