Şəhid Şadmanov Əkrəm Yunus oğlunun şəhadətinin birinci ildönümü ilə əlaqədar 2-ci Fəxri Xiyabanda qəbirüstü abidəsi ziyarət olundu
24 sentyabr 2024-cü il tarixində 2024-cü ildə Ağdam rayonunun Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baş çəkməyə gedərkən Kamaz markalı avtomobil ilə düşmənin yol üzərində qurduğu minaya düşərək şəhid olmuş Şadmanov Əkrəm Yunus oğlunun şəhadətinin birinci ildönümü ilə əlaqədar 2-ci Fəxri Xiyabanda qəbirüstü abidəsi ziyarət olundu.
Anım mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Hüseyn Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri-Nicat Allahverdiyev, İskəndər Cahangir-zadə və Səməndər Mənəfov, şəhidimizin ailə üzvləri, yaxınları və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!