Şəhid Salahlı Vüsal Şənbə oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu
21 may 2025 | 15:00
21 may 2025-ci il tarixində Salahlı Vüsal Şənbə oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin məsul əməkdaşları və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.