Şəhid Tağıyev Ruslan Fuad oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu
04 noyabr 2024-cü il tarixində şəhid Tağıyev Ruslan Fuad oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, millət vəkili Azay Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.