Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Gender əsaslı zorakılıq qurbanları üçün reabilitasiya və reinteqrasiya mərkəzi”ndə və “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi”ndə monitorinq həyata keçirilmişdir.

18 may 2022 | 17:50

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrasının təmin edilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 10.05.2022-ci il tarixdə təsdiq edilmiş “Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun 2022-ci il üçün Tədbirlər Planının 6-cı bəndinin icrası ilə əlaqədar olaraq 17.05.2022-ci il tarixdə Binəqədi rayonunun inzibati ərazisində yerləşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Gender əsaslı zorakılıq qurbanları üçün reabilitasiya və reinteqrasiya mərkəzi”ndə və “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi”ndə monitorinq həyata keçirilmişdir.

Monitorinqdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini və Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sevinc Süleymanova, Bakı şəhəri 11 saylı uşaq poliklinikasının baş həkimi və Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvü Məlahət İbrahimova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və  hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə  məsləhətçi-psixoloqu və Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvü Orxan Əliyev iştirak etmişlər.

Monitorinq zamanı müəssisələrdə yaradılmış şəraitlə tanış olunmuş, orada yaşayan zorakılıq qurbanları ilə söhbətlər aparılmış, müəssisə rəhbərləri ilə zorakılıq qurbanlarının fiziki və psixoloji cəhətdən cəmiyyətə yenidən inteqrasiya edilmələri ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu ilə müəssisələr arasında mövcud olan əməkdaşlığın daha da artırılması barədə fikir mübadiləsi aparılmışdır.     

Həmçinin Bakı şəhəri 11 saylı uşaq poliklinikasının həkimlərindən ibarət səyyar qrup hazırda müəssisələrdə yaşayan şəxsləri yerində müayinə etmiş və tibbi yardıma ehtiyacı olanlara aidiyyəti üzrə göndərişlər hazırlamışlar.

Keçidlər