Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar rumın bəstəkarı Corce Enesku adına parkda skate meydançasında gənclər arasında BMX və skateboarding idman növləri üzrə velosipedçilərin və skeytçilərin yarışı keçiriləcəkdir

23 may 2023 | 14:35

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 27.05.2023-cü il tarixində saat 12:00-dan Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Azadlıq prospekti 170/14 ünvanında yerləşən rumın bəstəkarı Corce Enesku adına parkda skate meydançasında gənclər arasında BMX və skateboarding idman növləri üzrə velosipedçilərin və skeytçilərin yarışı keçiriləcəkdir.

Yarış iki mərhələdən ibarət olacaqdır. Mərhələlərarası fasilə saatlarında gənclərin ifasında konsert proqramından ibarət bədii hissə yer alacaqdır.

Sonda qaliblər 1-ci, 2-ci və 3-cü yerlər üzrə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.

P.S. Yarışda iştirak etmək istəyənlər üçün qeydiyyat 27.05.2023-cü il tarixində saat 11:00-dan başlanacaqdır.

Keçidlər