Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində məktəblilərin Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının Şöhrət” muzeyinə ekskursiyası təşkil edildi

14 dekabr 2023 | 20:42

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının Şöhrət” muzeyinə ekskursiyası təşkil edildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva və 30 nəfər məktəbli iştirak edirdilər.

İştirakçılar “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış oldular.

“Şöhrət” muzeyinin eksponat və stendlərində olan nadir sənədlər, arxiv materialları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.

Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinin nümayəndəsi Heydər Əliyevin təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı 50-ci illərin əvvəllərindən etibarən bu təsisatda apardığı təhlükəsizlik təşkilatındakı 25 illik nümunəvi xidmət yolundan, bu orqanlarda çalışarkən peşəkarlıqla həyata keçirdiyi əməliyyat kombinasiyalarından, kadr potensialının formalaşdırılması üçün Ulu Öndərin adını daşıyan DTX-nin Akademiyasının yaradılmasında dahi şəxsiyyətin əvəzsiz səylərindən, habelə Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu istiqamətində gördüyü ölçüyəgəlməz işlərdən ətraflı məlumat verdi.

Keçidlər