Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Binəqədi rayon məktəbliləri arasında keçirilən “Bir Dahi doğulub gəldi dünyaya” adlı yaradıcılıq müsabiqəsinin yekun konserti keçirildi

14 iyun 2024 | 15:12

12 iyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi, 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 276 № li tam orta məktəbin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Binəqədi rayon məktəbliləri arasında keçirilən “Bir Dahi doğulub gəldi dünyaya” adlı yaradıcılıq müsabiqəsinin yekun konserti keçirildi.

Müsabiqə 5 nominasiya üzrə (rəsm, bədii qiraət, rəqs, solo ifa, musiqi alətlərində ifa) keçirildi. Tədbir iştirakçıları öncə məktəblilərin əl işlərindən ibarət rəsm əsərləri və kitab sərgisi ilə tanış oldular.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin aparıcı məsləhətçisi Leyla Quliyeva, Binəqədi rayon ümumtəhsil məktəblərinin direktorları, valideynlər və məktəblilər iştirak etdilər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxış edərək bildirdilər ki, Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, - deyən Ulu Öndərin həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strateqiyasının bəhrəsidir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyevin siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan daim yaşayacaqdır".

Tədbirdə müsabiqə laureatlarının ifasında şeirlər, kompozisiyalar, mahnılar səsləndi, rəngarəng rəqslər nümayiş olundu.  

Keçidlər