Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mini futbol üzrə turnir keçirildi
6-8 may 2026-cı il tarixlərində Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən AzFar-ın mini futbol meydançasında rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mini futbol üzrə turnir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Kamran Quliyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, rayon orta ümumtəhsil məktəblərinin müəllimləri və şagirdlər iştirak etdilər. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin idmana və idmançılara olan xüsusi diqqət və qayğısından və bu ənənənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi qayğı ilə davam etdirilməsindən və idmançılarla keçirilən görüşlərdən söhbət açaraq yarışın qaliblərini təbrik etdi.
Yarışın nəticələrinə əsasən I yerə 283 saylı tam orta məktəb; II yerə 244 saylı tam orta məktəb; III yerə 99 saylı tam orta məktəb layiq görüldürlər.
Turnirin sonunda qalib komandalar təşkilatçılar tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə təltif olundular.









