Vətən müharibəsi şəhidi Ağayev Ramiz İmamverdi oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi
Soyad: Ağayev
Ad: Ramiz
Ata adı: İmamverdi
Doğum tarixi: 25.07.1993
Şəhid olub: 07.11.2020
Rütbə: MAHHXHQ, çavuş
Təltifləri:
Torpaqlarımızın bütövlüyü uğurunda döyüşlərdə qəhrəmancasına şəhid olan Ağayev Ramiz İmamverdi oğlu 1993-cü il, iyul ayının 25-də Bakının Biləcəri qəsəbəsində doğulub.
301 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra, həqiqi hərbi xidmətə yola düşüb. Uşaqlıqdan hərbçi olmaq istəyini açıqlayanda, valideynləri səhərlər yuxudan oyanmağa belə çətinlik çəkən Ramizin bu cür çətin peşəni seçməsini təəccüblə qarşılayıblar. Lakin Ramiz, öz əzmkarlığı ilə onların fikirlərini dəyişir.
Ramiz xidmət dövrünün 7 ilini paytaxtdakı hərbi hissələrdən birində keçirib. Daha sonra, rayonlardan birinə təlimə göndərilib. Vətən müharibəsi başlayanda xüsusi təyinatlı hərbçi kimi Kəlbəcər istiqamətində gedən döyüşlərə qoşulub. Murovdağ zirvəsinin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Daha sonra Füzuli istiqamətindəki döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Çiyinindən və boğazından 3 güllə yarası alsa da, döyüş meydanını tərk etməyib. Yarası ağır olduğundan Ramiz hərbi hospitala yerləşdirilib, çiynindəki mərmini çıxarmaq mümkün olmayıb. Tam sağalmamış geri, cəbhəyə qayıdıb və Şuşanın azadlığı uğrunda döyüşə atılıb. Həmin döyüşdə Ramiz və əsgər yoldaşalrı Şuşa Qalasına nəzarəti ələ keçiriblər. O günün səhəri, noyabrın 7-də ermənilər tərəfindən atılan artileriya mərmisinin qəlpəsi Ramizin ürəyinə sancılıb və o, şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlətli İsgəndər ölümündən sonra "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
07 noyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Ağayev Ramiz İmamverdi oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.
Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!