Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Ağayev Rəşad Rövşən oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

20 oktyabr 2023 | 15:04

Soyad: Ağayev
Ad: Rəşad
Ata adı: Rövşən
Doğum tarixi: 02.07.2000
Şəhid olub: 16.10.2020
Rütbə: əsgər
Təltifləri: “Vətən uğrunda”“Cəsur döyüşçü” və "Cəbrayılın azad olunması görə" medalları

 

18 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Ağayev Rəşad Rövşən oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev vurğuladı ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu Qarabağda yeni bir tarix yazdı. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qanı-canı bahasına azad edildi. Onların əziz xatirəsi həmişə ehtiramla yad edilir.

Şəhidimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər