Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın doğum günü ilə əlaqədar məzarı ziyarət olundu

04 may 2023 | 12:55

Bu gün Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr 2020-ci il tarixində Qubadlıda gedən döyüşlərdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalıb.

Şəhidin doğum günündə ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi Teyyub Abdullayev, Xocəsən qəsəbə bələdiyyəsinin sədri Nigar Nigar Məmmədova şəhidin məzarını, xatirəsini ehtiramla yad etdilər, məzarı üstünə gül dəstələri qoydular.

Şəhid Arəstə Baxışova ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib.

Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş Arəstə Baxışovanı ehtiramla yad edirik.

Keçidlər