Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Bağırov Elçin Yunis oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

30 oktyabr 2023 | 15:50

Soyad: Bağırov
Ad: Elçin
Ata adı: Yunis
Doğum tarixi: 17.06.1994
Şəhid olub: 21.10.2020
Rütbə: Əsgər
Təltifləri:

Bağırov Elçin Yunus oğlu 17 iyun 1994-cü ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur. Orta təhsilini 244 saylı tam orta  məktəbdə almışdı. 2014-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş və 2018-ci ildə həmin universitetin “Sənayənin təşkili və idarə olunması” ixtisasını bitirmişdi. Elçin 2018-ci ilin iyul ayında ali təhsilini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissənin artilleriya diviziyasında həqiqi hərbi xidmətini yerinə yetirmişdi. 2019-cu ildə hərbi xidmətini bitirmiş və Bakıya qayıtmışdı. Könüllü olaraq Qarabağ müharibəsində iştirak edən Elçin Bağırov sentyabrın 21-dən təlimlərə qatılmış və müharibənin ilk günlərindən ön cəbhədə döyüşmüşdü.

29 oktyabr 2020-ci il tarixində Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Bağırov Elçin Yunis oğlu “Vətən uğrunda””Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur.

29 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Bağırov Elçin Yunis oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azay Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin Qələbəni şərtləndirən əsas amil olduğunu qeyd etdi.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər