Vətən müharibəsi şəhidi Bayramov Ruslan Telman oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə anım mərasimi keçirildi
Ad: Ruslan
Ata adı: Telman
Doğum tarixi: 15.06.1996
Şəhid olub: 30.09.2020
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları.
01 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Bayramov Ruslan Telman oğlunun şəhadətlərinin üçüncü ildönümü münasibətilə anım mərasimi keçirildi. Anım mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, RİH başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Binəqədi Bələdiyyəsinin sədri və əməkdaşları şəhidimizin ailə üzvləri, yaxınları ilə birlikdə Binəqədi qəsəbəsi qəbiristanlığının ərazisində yerləşən Şəhidlərinin Xiyaban Kompleksində məzarını ziyarət etdilər, şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev vurğuladı ki, dövlətimiz şəhidlərimizin xatirəsini daim yüksək ehtiramla yad edir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu Qarabağda yeni bir tarix yazdı. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qanı-canı bahasına azad edildi. Onların əziz xatirəsi həmişə ehtiramla yad edilir.
Daha sonra, şəhidin ehsan mərasimində iştirak etdilər.
Şəhidimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!