Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cabbarov Əli Baba oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

30 oktyabr 2023 | 14:07

Soyad: Cabbarov
Ad: Əli
Ata adı: Baba
Doğum tarixi: 08.01.2002
Rütbə: əsgər
Təltifləri:

Cabbarov Əli Baba oğlu 2002-ci il yanvarın 8-də Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində anadan olub.

Əli Cabbarov 2008-2019-cu illərdə Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə təshil alıb. Elə həmin il Bakı Humanitar Kollecinə daxil olub.

2020-ci il yanvar ayında hərbi xidmətə çağırılıb və həmin ayın 14-də hərbi xidmətə yola düşüb. Bir müddət xidmət etdikdən sonra 2020-ci il 27 sentyabr tarixində başlamış əks-hücum əməliyyatında ağır döyüşlərdə iştirak edib.

Əli Cabbarov Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, şücaət göstərib.

Oktyabr ayının 27-də Xocavənd rayonu istiqamətində gedən ağır döyüşlərdə  qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Cabbarov Əli Baba oğlu Azərbaycan Respublikasının ərazi bötövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda”“Fizulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

27 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Cabbarov Əli Baba oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin Qələbəni şərtləndirən əsas amil olduğunu qeyd etdi.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər