Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əmirli Əmirşah Səttar oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

30 oktyabr 2023 | 16:10

Soyad: Əmirli
Ad: Əmirşah
Ata adı: Səttar
Doğum tarixi: 08.03.2002
Şəhid olub: 27.10.2020
Rütbə: əsgər
Təltifləri:

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Şəhidlik zirvəsinə hər insan yüksələ bilməz. Bu zirvəyə yol ancaq Vətəni, Torpağı, Milləti canından artıq sevməkdən keçir. Bu bir Ulu Yoldur. Onlar məhz bu cür seçilmişlər idi və adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail oldular.

Əmirli Əmirşah Səttar oğlu 8 mart 2002-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olmuşdur. 2008-ci ildə 306 saylı tam orta məktəbin 1-ci sinifə daxil olmuş, 7-ci sinifdən sonra təhsili dini kollecdə davam etmişdir.

Əmirli Əmirşah 2020-ci ilin aprel ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 28 oktyabr 2020-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına ən uca zirvə -Şəhidlik zirvəsinə ucalmışdır.

Əmirşah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

28 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Əmirli Əmirşah Səttar oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər