Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Hüseynov Həci Kərim oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

25 oktyabr 2023 | 12:25

Soyad: Hüseynov
Ad: Həci
Ata adı: Kərim
Doğum tarixi: 12.06.1996
Rütbə: Əsgər Təltifləri:

 

Şəhid Hüseynov Həci Kərim oğlu 12.06.1996-ci ildə Sumqayıt şəhərində anadan olub.

Şəhid olmamışdan qabaq yuxusunda görmüşdü ki, sürdüyü maşın aşır.Əsgər yoldaşlari arzularından xəyallarından danışırdılar. Heci deyib ki, “mən 3 günə Şəhid olacam görərsiz.” 3 gün sora da Şəhid olur. Oktyabrın 23-dən 24-nə keçən gecə maşınında əsgərləri apararkən düşmən öndəki maşının qabağına minamyot atıb və qəhrəmanımız əsgərlərə heçnə olmasın çox şəhid verməyək deyə maşının istiqamətini dəyişmək istəyəndə maşın dərədən aşıb və elə oradaca Şəhidlik zirvəsinə ucalıb.

Əsgər yoldaşları arasında “Canavar” adını qazanmışdı. Hətta bir dəfə yaralanıb hosbitalda yatsa da, müalicəsi tam bitməmiş silah yoldaşının şəhid olduğunu eşidib, yenidən könüllü yazılaraq döyüşlərə qoşulmuşdu. Bütün döyüş bölgələrində iştirak etmişdi lakin Şuşadan başqa o Şuşaya həsrət qaldı. Şuşanı görmək istəyirdi, ancaq qismət olmadı.

Füzulidə şəhid olan qəhrəmanımız Binəqədi rayonu Xocasən qəsəbəsində dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Həci Hüseynov “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif edildi.

25 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Hüseynov Həci Kərim oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışdı. Bildirdi ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunədir.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər