Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədli Murad Teymurşah oğlunun doğum günü münasibətilə məzarı ziyarət olundu

31 yanvar 2023 | 08:21

27 yanvar 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Məmmədli Murad Teymurşah oğlunun doğum günü münasibətilə  məzarı ziyarət olundu.

Mərasimdə şəhidin ailə üzvləri və yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Füzuli Mehrabzadə, Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü İlham Qayıbzadə və rayon ictimaiyyəti iştirak etdilər.

Şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdi ki, “2020-ci ilin 27 sentyabr tarixində başlayan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində şəhidlərimiz əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində erməni işğalçılarnı ölkəmizdən qovaraq vətənimizin bütövlüyünü bərpa etdilər. Onlar öz həyatlarını Vətəni, torpağı, milləti, dövləti üçün heç düşünmədən fəda edənlər və doğma Azərbaycanımıza ən yüksək səviyyədə xidmət göstərənlərdir. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş oğullarımızın adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.

Anım tədbirində övladı ilə bağlı xatirələrini bölüşən şəhidin anası övladının qəhrəmanlığından qürur hissi keçirdiyini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər