Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Qurbanov Davud Tariyel oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə anım mərasimi keçirildi

10 oktyabr 2023 | 13:18
Soyad: Qurbanov
Ad: Davud
Ata adı: Tariyel
Doğum tarixi: 15.02.1996
Şəhid olub: 03.10.2020
Rütbə: kiçik çavuş
Təltifləri: "Vətən uğrunda""Suqovuşanın azad olunması uğrunda" medalları

03 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Qurbanov Davud Tariyel oğlunun şəhadətlərinin üçüncü ildönümü münasibətilə anım mərasimi keçirildi. Anım mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri, Biləcəri Bələdiyyəsinin sədri və əməkdaşları şəhidimizin ailə üzvlərini ziyarət etdilər.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların ailə üzvlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev vurğuladı ki, dövlətimiz şəhidlərimizin xatirəsini daim yüksək ehtiramla yad edir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Ali Baş Komandanımız  İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu Qarabağda yeni bir tarix yazdı. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qanı-canı bahasına azad edildi. Onların əziz xatirəsi həmişə ehtiramla yad edilir.

Daha sonra, şəhidin ehsan mərasimində iştirak etdilər.

Şəhidimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər