Vətən müharibəsi şəhidi Zamin Vahid oğlu Rəhimovun şəhadətinin ikinci ildönümü qeyd edildi
"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcudur. Çünki özlərinə əbədiyyət heykəli ucaldan şəhidlərimiz xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşamalı və yaşadılmalıdır.
09 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidi Zamin Vahid oğlu Rəhimovun şəhadətinin ikinci ildönümü ilə bağlı Biləcəri qəsəbəsi ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində anım, mərasim evində isə ehsan mərasimi qeyd edildi.
Mərasimdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Sakinlərin Müraciət Xidmətinin rəisi Seymur Əliyev, Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov iştirak etdilər.
Keçirilən mərasimdə şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verildi. Şəhidin əziz ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzülərək şərəfli həyat və döyüş yolundan geniş bəhs olundu.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətlə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allah rəhmət etsin söyləyirik!