Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Cavid Azər oğlu Bayramov və Nicat Bəkir oğlu Mustafayevin şəhadətinin ikinci ildönümü qeyd edildi.

08 oktyabr 2022 | 12:19

Şəhid olmaq-mən demədən Vətən deyib,

Sinəsini bu torpağa sipər edən bölümsüzlük!

Şəhid olmaq ölmək deyil,

Dünya boyda ölümsüzlük!

 

08 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidlərinin şəhadətlərinin ikinci ildönümü münasibətilə anım mərasimləri qeyd edildi.

Vətən müharibəsi şəhidləri Cavid Azər oğlu Bayramov və Nicat Bəkir oğlu Mustafayevin şəhadətinin ikinci ildönümü ilə əlaqədar Binəqədi qəsəbə ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərində məzarları ziyarət edildi, Ramin Qüdrət oğlu Hüseynovun ehsan mərasimində iştirak edildi.

Anım mərasimlərində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Sakinlərin Müraciət Xidmətinin rəisi Seymur Əliyev, Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəis müavini polkovnik-leytenant Nail Hacızadə, Binəqədi qəsəbə Bələdiyəsi sədri vəzifəsi səlahiyyətlərini icra edən Mətanət Nəsibova iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını, Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizin bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacağını bildirdi. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdiyini bir daha vurğuladı.

Şəhidlərimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər