Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri-Ramin Rizvan oğlu Quliyev və Toğrul Rüfət oğlu Hacıyevin şəhadətlərinin ikinci ildönümü, İbrahim Abdulla oğlu İbrahimovun doğum günü münasibətilə anım mərasimləri qeyd edildi

10 oktyabr 2022 | 10:38

44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu müqəddəs yolda şəhidlərimizin Vətən sevgisini sabahlarımız üçün yaşadacağıq. Şəhidlər xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatdılar. Şəhidlik müqəddəsdir. Şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür. Şəhidlik şərəf, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.

10 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidləri-Ramin Rizvan oğlu Quliyev və Toğrul Rüfət oğlu Hacıyevin şəhadətlərinin ikinci ildönümü, İbrahim Abdulla oğlu İbrahimovun doğum günü münasibətilə Binəqədi və Biləcəri qəsəbə ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərində anım mərasimləri qeyd edildi.

Anım mərasimlərində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və  yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq, Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu, şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını diqqətə çatdırdı.

Mərasimdə həmçinin çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini, Prezident- Ordu-Xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, haqq-ədalətin bərpa olunduğu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını, üçrəngli bayrağımızın  işğaldan azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalandığı vurğuladı.

Şəhidimizin valideynləri övladlarının qəhrəmanlığından qürur duyduqlarını, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər