Xalqımızın ümumilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin rayon turunun qalibləri ilə görüş keçirildi
08 aprel 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon məktəblərində təhsil alan şagirdlər arasında xalqımızın ümumilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin rayon turunun qalibləri ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər sektorunun əməkdaşı Elnur Məmmədov, şagirdlər, onların elmi rəhbərləri iştirak etdilər.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd-xalqımızın Ümumilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycan dövlətinin xilası və formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə vermək, ümummilli lider Heydər Əliyevin xalqımızı necə böyük fəlakətin astanasından xilas etməsinin məhz orta məktəb şagirdlərinin özləri tərəfindən araşdırılması, onlara tədqiqat aparmaq, təhlil edib qənaətə gəlmək bacarıqlarını öyrətmək, eyni zamanda məktəblilərə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış “Şanlı Zəfər”in təbliği, eləcə də böyüməkdə olan gənc nəslə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanmasıdır. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır.
Daha sonra şagirdlər “Şəddadilər dövləti”, “Qərbi Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan), “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti” (XX əsrin əvvəlləri), “Əsrin Müqaviləsi”, regional və beynəlxalq əhəmiyyətli lahiyələrin reallaşdırılması”, “Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması” mövzusunda öz referat-yazılarını təqdim etdilər. Çıxış ətrafında geniş müzakirələr keçirildi.









