Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət etdi

10 may 2025 | 18:59

10 May 2025-ci il tarixində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının kollektivi, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular və əziz xatirəsini ehtiramla yad etdilər.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman böyük ehtiram və minnətdarlıqla anırıq!

Keçidlər