Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Xəlilov Məhəmməd İlqar oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu

17 sentyabr 2026 | 13:07

17 sentyabr 2026-cı il tarixində şəhid Xəlilov Məhəmməd İlqar oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Rəhman Qəhrəmanov, inəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seyfəddin Dəmirli, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər