Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edildi
26 fevral 2023 | 14:14
26 fevral 2023-cü il tarixində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, qəsəbə və sahə inzibati ərazi dairələrinin, mənzil kommunal təsərrüfat birliyinin kollektivi, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin üzvləri, rayon ictimaiyyəti Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik!