Şriftin ölçüsü :

Saytın rəngi :

Xocəsən qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə rayonun Xocəsən qəsəbəsində iftar süfrəsi təşkil olundu

06 aprel 2024 | 18:16

İnsanları xeyirxahlığa, birliyə dəvət edən on bir ayın sultanı-ən şəfaqətli və müqəddəs ay hesab edilən Ramazan ayı münasibətilə 5 aprel 2024-cü il tarixində Xocəsən qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə rayonun Xocəsən qəsəbəsində iftar süfrəsi təşkil olundu.

İftar süfrəsində şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, aztəminatlı ailələr, qəsəbə sakinləri iştirak etdilər.

Mərasimdə Ramazan ayının dini və sosial mahiyyətindən bəhs edildi, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğu qeyd edildi, edilən dualarda Uca Yaradandan xalqımıza firavanlıq, ölkəmizə sülh və əminamanlıq arzulandı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxundu.

Keçidlər