Şriftin ölçüsü :

Saytın rəngi :

Xocəsən qəsəbəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 02 may 2025-ci il tarixində ağacəkmə aksiyasi keçirildi

03 may 2025 | 18:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq Binəqədi rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

02 may 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Xocəsən bələdiyyəsinin, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Zakir Məmmədov adına 103 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində Binəqədi rayonu, Xocəsən qəsəbəsinin ərazisində yerləşən 103 № li tam orta məktəbin həyətyanı sahəsində yeni əkilən 70 ədəd zeytun ağacına aqrotexniki qulluq göstərildi və iməclik işləri görüldü. Mütəxəssislər tərəfindən məktəblilərlə ekoloji tarazlığın qorunması mövzusunda maarifləndirici söhbətlər aparıldı.

Tədbirdə Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları baş məsləhətçi Ləman Fərəcli və aparıcı məsləhətçi Sadiq Yusifov, 103 saylı tam orta məktəbin direktoru Səma Həziyeva, məktəbin müəllim və şagird heyəti iştirak etdilər.

Keçidlər