YAP Binəqədi rayon təşkilatında 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə görüş keçirildi
23 iyun 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiya üzvü olan bir qrup dövlət qulluqçusu ilə görüş keçirildi.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının şöbə müdirləri və kollektivinin nümayəndələri, partiyanın rayon təşkilatının iştirak etdilər.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə iyunun 23-ü Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı Günü kimi elan edildiyini bildirdi. Sərəncama görə dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu nəzərə alaraq, eləcə də BMT-nin 23 iyun tarixini “Dövlət Qulluqçularının peşə bayramı günü” elan etməsi faktı ilə əlaqədar bu tarixin Azərbaycanda da Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi keçirilməsi qərara alınıb. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri də Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoyan “Dövlət qulluğu haqqında” Qanundur. Daha sonra Vüsar İsmayılov partiyanın Binəqədi rayon təşkilatının sıralarında təmsil olunan dövlət qulluqçularının fəallıqları ilə seçildiklərini söylədi və onları bu əlamətdar gün münasibətilə təbrik etdi, uğurlar arzuladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova göstərilən diqqətə görə rayon təşkilatına təşəkkür etdi. Dövlət qulluğu peşəsinin şərəfli və məsuliyyətli olduğunu, dövlətimizə və xalqımıza xidmət üçün əzmlə çalışdıqlarını bildirdilər.
Çay süfrəsi ətrafında keçirilən görüşdə, RİH başçısı Aparatının şöbə müdirləri- Sabir Əliyev, Nicat Allahverdiyev, Səməndər Mənəfov və YAP Binəqədi rayon təşkilatının əməkdaşları çıxış edərək fikirlərini bildirdilər.
Görüşün sonunda YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tərəfindən bir qrup dövlət qulluqçusuna Fəxri Fərmanlar təqdim edildi.