Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Binəqədi rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir

05 may 2024 | 13:08

Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq Binəqədi rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

04 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələrin birgə təşkilatçılığı ilə Novxanı çimərliyində iməclik keçirildi.                                                                  

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hacıbaba Babayev, Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Biləcəri Bələdiyyəsinin sədri Ehtibar Cabbarov, Binəqədi qəsəbə Bələdiyyəsinin sədr müavini Rəşad İsayev, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova, RİH başçısı Aparatının və rayon ərazisində fəaliyyət göstərən digər qurumların məsul əməkdaşları iştirak etdilər.

Keçidlər