Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Binəqədi rayonunda yerləşən qeyri-yaşayış obyektlərinin fasad hissəsində müvafiq norma və standartlara uyğun olaraq təmir-bərpa işləri davam etdirilir

02 may 2024 | 17:41

COP29 konfransına ev sahibliyindən irəli gələn missiyaya uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” haqqında imzaladığı Sərəncama əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq sərəncamla təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində işlər davam etdirilir.

Tədbirlər Planına uyğun olaraq, cari dövrdə rayonun küçə və prospektlərində yerləşən qeyri-yaşayış obyektlərinin fasad hissəsində memarlıq və şəhərsalma normalarına və beynəlxalq standartlara uyğun olaraq təmir-bərpa işləri aparılır.

Keçidlər