“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Binəqədi rayonunun Xocəsən qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirildi
18 oktyabr 2024 | 16:47
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar 18 oktyabr 2024-cü il tarixində Binəqədi rayonunun Xocəsən qəsəbəsi Çingizxan və Universitet küçələrində 1750 ədəd Eldar şamı ağacları əkildi.
Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, rayonun ekoloji tarazlığının qorunması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.