Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirildi.

23 iyun 2022 | 14:50

23 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirildi. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin muavini, millət vəkili Eldar İbrahimov, Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Leysan Məmmədov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri Nicat Allahverdiyev, Sabir Əliyev və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edirdilər.

Tədbir vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Leysan Məmmədov xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əsası qoyulan uzaqgörən və müdrik siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə uğurla davam etdirilməsindən, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəmizdən, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından ətraflı bəhs etdi.

Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etdi. Hesabat məruzəsi ətrafında çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvləri İlham Rəhimli, Aydın Əliyev və Loğman Əliyev Ağsaqqallar Şurasının illik fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Rayon Ağsaqqallar Şurasının hesabatını dinləyən Azərbaycan Ağsaqqallar Şurası sədrinin muavini, millət vəkili Eldar İbrahimov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırdı.

Növbəti çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycan dövlətinin ictimai-siyasi həyatında rayon ağsaqqallarının əhəmiyyətli rolundan danışaraq onların hər zaman dövlətə, dövlətçiliyə, sabitliyə və inkişafa xidmət etdiklərini vurğuladı.

Sonda Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev yığıncaq iştirakçılarına minnətdarlığını ifadə edib, bundan sonra da Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Keçidlər