Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri İsmayılov Vüsar Qəşəm oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir
30 noyabr 2022 | 19:04
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə aşağıdakı şəxslər təltif edilsinlər:
- İsmayılov Vüsar Qəşəm oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2022-ci il