Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmə və gənclər arasında “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi

07 aprel 2023 | 11:11

7 aprel 2023-cü il tarixində “Binəqədi Gənclər Evi”ndə Binəqədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Heydər Əliyev ili”  çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva, orta ümumtəhsil müəssisələrinin müəllimləri və şagirdlər iştirak etdilər.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin gənclərə olan yüksək etimadının nəticəsidir ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan gəncliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onlara göstərilən xüsusi diqqət və qayğısını hər zaman hiss edir və öz məsuliyyətini dərk edir. Sevinc Süleymanova nitqində bilik yarışlarının keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsinin artırılması, bilik və bacarıqlarının daha geniş şəkildə ortaya qoyulması olduğunu vurğuladı.

“Nə? Harada? Nə zaman?” intellektual bilik yarışının 8 komandadan ibarət final mərhələsində  299 nömrəli məktəb-liseyin “5 buta” komandası I yerə, 314 nömrəli tam orta məktəbin “Lider yolu” komandası II yerə, 283 nömrəli tam orta məktəbin “Zəfər” komandası isə III yerə layiq görüldü.

Birincilik qazanan 299 nömrəli məktəb-liseyin “5 buta” komandası “Heydər Əliyev ili” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçiriləcək intellektual yarışın Bakı şəhəri üzrə mərhələsində iştirak etmək hüququ qazandı.

Sonda qalib komandalara Fəxri fərman və Təşəkkürnamələr təqdim edildi.

Qalib komandalarımızı təbrik edir, gələcək yarışlarda onlara uğurlar arzu edirik!

Keçidlər