Şriftin ölçüsü :

Saytın rəngi :

Yerli icra hakimiyyəti orqanları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidməti-1646 (SMX-1646) fəaliyyətinin 12 ili tamam oldu

07 fevral 2025 | 14:07

6 fevral 2025-ci il tarixində Yerli icra hakimiyyəti orqanları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidməti-1646 (SMX-1646) fəaliyyətinin 12 ili tamam oldu.

Xidmət vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların rayonda fəaliyyət göstərən dövlət qurumlarına müraciət imkanlarının asanlaşdırılması məqsədilə yaradılmış, bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilərək 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.

Fəaliyyətə başladığı dövrdən Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 319547 vahid, tərtib edilmiş icraat vərəqələrinin sayı 63115 vahid olmuşdur.

12 il ərzində icraat vərəqəsi açılmış 63115 vahid müraciətin 51858 vahidi və ya 82,2 %-i tam, 4480 vahidi və ya 7,1 %-i qismən, 6777 vahidi və ya 10,7 %-i müvafiq izahat verilərək həll edilmişdir.

Sakinlərin Müraciət Xidməti -1646 əməkdaşlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Keçidlər