Nağıyev Musa - tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi
Məşhur neft milyonçusu Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Bibiheybət ərazisində yerləşən ona məxsus olan torpaq sahələrindəki mədənlərdə bir-birinin dalınca vuran neft fantanları onu neft milyonçusu etmişdir. Onun oğlu İsmayıl vaxtsız vəfat etdiyindən İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə "İsmailiyyə" adlandırılmışdır.
28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Ağa Musa Nağıyevin vəsaiti hesabına tikilmişdir.
Musa Nağıyev 1919-cu ilin mart ayında 77 yaşında vəfat etmişdir.