1 NÖMRƏLİ SAHƏ İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİK
“Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (458-IVQ nömrəli 2 noyabr 2012-ci il) tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 29 noyabr 2012-ci il tarixli Sərəncam verilmişdir. Həmin Sərəncama müvafiq olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 2012-ci il tarixdə 247 saylı Sərəncamı ilə Bakı şəhəri Binəqədi rayon inzibati ərazi vahidi tərkibindəki Binəqədi rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində 7 və 8-ci mikrorayonların əhatə etdiyi ərazidə 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmışdır.
1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2 mikrorayon (7 və 8 mikrorayonlar) və 1 yaşayış massivini (Dərnəgül yaşayış massivini) əhatə edir.
Müəssisə 7 dekabr 2012-ci il tarixdə yaradılmış, işçilərin sayı 6 nəfərdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi :
Ünvan: Binəqədi rayonu Ə.Naxçıvani küçəsi-5/A
Telefon: (012) 561-96-80
Rəhbərlik haqqında məlumat
Soyadı, adı və atasının adı:
|
Məmmədov Mübariz Hidayət oğlu
|
Təvəllüdü və doğulduğu yer:
|
22.03.1962, Tovuz rayonu Qovlar qəsəbəsi
|
Təhsili:
|
Ali
|
Stajı:
|
32 il
|
Neçənci ildən müəssisənin rəhbəridir:
|
2020-ci ildən
|
Ailə üzvlərinin sayı:
|
5 nəfər
|
Qəbul qrafiki
Vəzifəsi
|
Soyadı, adı və atasının adı
|
Əlaqə telefonları
|
Qəbul günləri və saatları
|
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə
|
Məmmədov Mübariz Hidayət oğlu
|
(012) 561- 96-80
|
I gün
saat 1600-1800
III gün
saat 1100-1300
|